26 dekabr 2012 12:27
Azərbaycan - Özbəkistan matçının keçirilmə yeri və vaxtı müəyyənləşdi
Xəbər verdiyimiz kimi, 2013-cü il fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan və Özbəkistan milli komandaları arasında yoxlama oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmanın keçiriləcəyi stadion və oyunun başlanma vaxtı müəyyənləşib.
"The Sevens" stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
