26 dekabr 2012 13:04
Cavid Hüseynov: Vətənə qayıda bilərəm
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Adana Demirspor” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən hələ Türkiyədəyəm. Amma komandada qalıb qalmayacağımı dəqiq bilmirəm. Son dövrlər heyətə düşə bilməməyim ürəyimcə deyil. Tez-tez yığma komandanı günahlandırmaq istəmirəm. Amma DÇ-2014-ün seçmə oyunları ilə əlaqədar komandamın 4 matçını buraxmalı oldum. Ondan sonra əsas heyətə dönmək də çətinləşdi. Mümkündü ki, Premyer Liqaya qayıdım. Çünki gələn il də yığmaya dəvət alacağam və eyni proses təkrarlanmaqda davam edəcək. Karyeramı vətəndə davam etdirmək üçün variantlar var. Bir neçə günə hər şeyə aydınlıq gələcək”.