26 dekabr 2012 13:12

“Azərbaycanla Lixtenşteyn yığmaları arasında fərq o qədər də güclü deyil”

Azerisport.az sizi Lixtenşteyn Futbol Assosiasiyasının prezidenti Mattias Voqtun müsahibəsi ilə tanış edir.
 
- 2013-cü ilin fevralında Azərbaycan və Lixtenşteyn milli komandaları arasında yoldaşlıq oyunu keçirəcək. Rəqibinizi necə qiymətləndirərdiniz?
- Azərbaycan milli komandasının baş məşqçi Berti Voqts təcrübəli mütəxəssisdir və yaxşı komanda qurmağa nail olub.
 
- Lixtenşteyn milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinə uğursuz başlayıb. Komandanız ilk dörd oyunda məğlub olub. Fikrinizcə, Lixtenşteyn yığması dünya və yaxud Avropa çempionatlarının final mərhələsində iştirak edə bilərmi?
- Bizim ilk dörd oyundan aldığımız nəticələr təssüf ki, qənaətbəxş deyil. Lakin bizi qarşıda daha altı oyun gözləyir. Qısaca olaraq demək istərdim ki, məğlub olduğumuz dörd oyundan üçü kifayət qədər gərgin keçdi. Buradan çıxış edərək demək olar ki, üzümüzə gələn il xal qazanmağa nail olacağıq. Əgər gələcəkdə final mərhələsinə qədər yüksələ bilsək, bunu o zaman müzakirə edərik. Belə olacağı təqdirdə, Azərbaycan milli komandasında olduğu kimi bizə də yaxşı bəxt və asan rəqiblər arzu edirəm.
 
- Azərbaycan millisi ilə qarşılaşma DÇ 2014-ün seçmə oyunlarına hazırlıq baxımından Lixtenşteyn komandasına necə kömək edə bilər?
- Hər bir yoldaşlıq oyunu növbəti qarşılaşmalar üçün təcrübə qazanmaq baxımından faydalıdır. Bu bizim üçün mart ayının sonunda Latviyaya qarşı oynayacağımız matçdan əvvəl əlavə bir hazırlıq ola bilər.
 
- Azərbaycan və Lixtenşteyn komandaları sonuncu dəfə DÇ 2010-un seçmə mərhələsi çərçivəsində 2009-cu ilin oktyabrında Vadutsda qarşılaşıblar və o vaxt Azərbaycan millisi 2:0 hesabı ilə qalib gəlib. Həmin oyunu xatırlayırsınızmı və o matç barədə nə deyə bilərsiniz?
- Həmin oyun yaxşı xatirimdədir. Bundan əlavə, komandlarımız arasında 2008-ci ildə Bakıda bərabərliklə yekunlaşmış oyunu da gözəl xatırlayıram. Mən inanıram ki, Azərbaycan və Lixtenşteyn komandaları arasında fərq o qədər də güclü deyil. İstənilən halda, fevralda görərik. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.