27 dekabr 2012 01:19
Mirhüseyn Seyidov: İnterlə gələn il tam fərqli oynayacağıq
“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “İnter”lə oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan görüşü belə şərh edib:
“Razıyam ki, “İnter” bizimlə oyunun ikinci hissəsində üstünlüyə yiyələnmişdi. Onların çoxlu qol epizodları oldu. Buna görə də heç-heçəni bizim üçün yaxşı nəticə saymaq olar. Amma gələn il biz “İnter”lə tam fərqli oynayacağıq. Bu komandanı məğlub edə bilərik”.