26 dekabr 2012 15:38

“Top Stamenkoviçin gah burnuna, gah da qulağına dəyib, qapıdan keçmək istəmirdi”

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov müsahibəsində “Neftçi” ilə oyundan danışıb və mövsümün ilk hissəsini dəyərləndirib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Asif, “Neftçi” ilə oyun barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, ilk hissədə bərabər oyun oldu, fasilədən sonra isə biz yaxşı oyun sərgilədik. İkinci hissədə biz rəqibdən iki baş üstün oynadıq, lakin bəxtsizlik qonaqların qapısı önündə yaratdığımız çoxsaylı vəziyyətlərdən heç olmasa birini yerinə yetirməyə mane oldu.
 
- Yəni ikinci hissədə buraxılmış bütün anları bəxtsizliklə əlaqələndirirsiniz?
- Bəli, məhz bəxtsizliklə əlaqələndirirəm. Bizim bəxtimiz gətirmədi. Top gah qapı dirəyinə dəydi, gah qapıçının burnuna, gah da qulağına. Bir sözlə, top qapıçının əsasən müxtəlif bədən hissələrinə dəydi və israrla qapıdan keçmək istəmirdi.
 
- Çox güman ki, bu gün (dünən) stadionda baş verənlər komandanı realizasiyalar üzərində diqqətlə işləməyə vadar edəcək...
- Əlbəttə. İndi bizi qış fasiləsi gözləyir, bütün komandalar toplanışa yollanacaq. Bizim də fasilədə realizasiyalar üzərində işləməyə vaxtımız olacaq. Şanslarımızdan inamla yararlanmaq və daha soyuqqanlı davranmaq lazımdır.
 
- “Neftçi” ilə matçda “İnter” bir xal qazandı, yoxsa iki xal itirdi?
- Dəqiq deyə bilərəm - biz iki xal itirdik.

- Məlum olduğu kimi, bu mövsüm “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşə bilmiş yeganə Azərbaycan klubu oldu. Bu amil komandaya əlavə motivasiya verirdimi?
- Biz “Neftçi” ilə oyuna ikiqat motivasiyayla köklənirik. Bu komandayla matçlar həmişə mürəkkəb keçir. “Neftçi” yerli futbolun liderlərindən biridir. Bu komanda qızıl medallara əsas namizədlərdən biridir, buna görə də, onlarla qarşılaşmalara həmişə xüsusi köklənərək meydançaya çıxırıq.
 
- “İnter” qış mövsümünə çempionatın lideri kimi yollandı. Mövsümün ilk hissəsini dəyərləndirməyinizi xahiş edirik.
- Biz çempionata o qədər də parlaq başlamadıq. Lakin sonradan özümüzə gəldik və oyunumuzu tapdıq. Əla haldır ki, biz mövsümün birinci hissəsini lider kimi başa vurduq, ancaq unutmaq lazım deyil ki, irəlidə bizi çoxsaylı oyunlar gözləyir. Bizə rahatlaşmaq lazım deyil, ilk hissədə olduğu kimi hərəkət etmək lazımdır.
 
- Asif, azarkeşlər ikinci hissədə “İnter”dən nə gözləsinlər?
- Çempionatın ikinci hissəsində ötən 18 turda əldə etdiyimiz uğurumuzu möhkəmləndirmək lazımdır. Komanda toplanışda yaxşı çalışmalıdır. Çatışmazlıqlarımızı aradan qaldırmağa çalışmalı və çempionatda mübarizəni yaxşı ritmdə davam etdirməliyik. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.