26 dekabr 2012 16:28
Xəzər Lənkəran Türkiyədə 5 sınaq matçı keçirəcək
“Xəzər Lənkəran”ın da qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi də mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşacaq.
Komanda yanvarın 13-də qardaş ölkəyə yola düşəcək. Antalyada təlim-məşq toplanışı keçəcək “ağ-yaşıllar” 5 yoxlama oyunu keçirməyi planlaşdırır.
Amma sınaqçı rəqiblərin hans komandalar olacağı hələ bəlli deyil. Hazırlıq prosesi fevralın 5-dək davam edəcək.
