26 dekabr 2012 16:34
Azərbaycan futbol ailəsinin 35001-ci üzvü (FOTO)
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, atıq bu sistemdə qeydiyyata alınanların sayı 35 min nəfəri keçib.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 35001-ci üzvü "Coca-Cola Məktəbli kuboku"nda çıxış edən Səbail rayonu 162 №-li orta məktəbin 5-ci sinif şagirdi Hilalə Əliyevadı.
