27 dekabr 2012 17:25
Aqil Nəbiyev Bakı ilə 1,5 illik müqavilə bağlayacaq
AZAL-ın sabiq yarımmüdafiəçisi Aqil Nəbiyev “Bakı” ilə müqavilənin bütün detallarını aydınlaşdırıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Artıq “Bakı” ilə hər şeyi dəqiqləşdirmişik. İlyarımlıq müqavilə bağlayacağıq. Bu komandanın ilk altılığa düşmək üçün heç də pis şansı yoxdu. Əgər qalan oyunlarımızın hamısında qələbə qazansaq, rəqiblərimizin xal itirməsini gözləmək məcburiyyətində qalmayacağıq. Fikrimcə, yeni komandam ilk altılıqda yer alacaq və medallar uğrunda mübarizə apara biləcək”.