27 dekabr 2012 17:53
Bakı Türkiyədə Almaniya klubu ilə üz-üzə gələcək
“Bakı” qış hazırlıq planlarına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, digər klublarımız kimi, paytaxt təmsilçisi də qışda Türkiyəyə yollanacaq.
Artıq “zolaqlılar”ın ilk sınaqçı rəqibi də məlumdu. Belə ki, “Bakı” yanvarın 19-da Almaniyanın “Dinamo” (Drezden) klubu ilə qarşılaşacaq.
Digər rəqiblərin adlarına isə bundan sonra aydınlıq gələcək.
