27 dekabr 2012 18:55
Bandoviç altı futbolçudan imtina etdi
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç komandada görmək istəmədiyi futbolçulardan imtina edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın çalışdırıcısı altı futbolçudan imtina edib.
Lakin onların dəqiq adları hələ açıqlanmır. Sadəcə, onu öyrənə bildik ki, Bandoviç artıq onların adlarını rəhbərliyə təqdim edib və hər şeyə klub prezidentinin yekun qərarından sonra aydınlıq gələcək.