27 dekabr 2012 11:43

Mirhüseyn Seyidov: Avroliqakı bir oyun Premyer Liqanın 3 matçına bərabərdi

“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “İnter”lə oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yenə “İnter”lə qarşılaşma, amma bu dəfə Bakı təmsilçisiylə. “İnter”lərlə oynamaqdan bezmədiniz?
- (gülür) Hə, bu mövsüm nəsə “İnter”lər çox oldu. Çətin oyun oldu. AZAL-la görüşdən sonra çox yorğun idik. İki gün ərzində bərpa olunmaq çətin idi. Bu, matçın ikinci hissəsində də özünü biruzə verdi. Buna baxmayaraq, qələbə qazanmağı, liderlərə yaxınlaşmağı çox istəyirdik. Fikrimcə, nəticə oyuna görə oldu.
 
- Son 20 dəqiqədə “Neftçi” tamam dayanmışdı və rəqib hücumları qarşısında çox aciz görünürdü...
- Unutmayın ki, komanda meydana iki aparıcı mərkəz müdafiəçisinin yoxluğunda çıxmışdı. Razıyam ki, ikinci hissədə rəqibimizin çoxlu qol epizodları oldu. Məhz buna görə heç-heçəni bizim üçün yaxşı nəticə saymaq olar.
 
- “İnter” sizin çempionluq yolundakı əsas rəqiblərinizdən biri olacaq. Onlara qarşı oynamaqdan qorxmursuz?
- Belə şey bir də olmayacaq. Biz bu komandanı məğlub edə bilərik.
 
- Oyundan sonra rəhbərlik klubdaxili iclas keçirdi. Sirr deyilsə, bu xal itkisinə sərt reaksiya verdilər?
- Düzdü, xoş qarşılanmadı. Amma rəhbərlik də futbolçuların vəziyyətini anlayışla qarşılayır. Unutmayın ki, Avropa Liqasında keçirilən bir oyun Premyer Liqanın 3 oyununa bərabərdi.
 
- Bütövlükdə, mövsümün ilk hissəsini necə analiz edə bilərsiz?
- Biz bu dövr ərzində Avropa Liqasında çıxış etdiyimiz üçün Premyer Liqaya tam gücümüzlə yanaşa bilmədik. Məsələn, Avroliqadakı çətin səfər oyunlarımızdan sonra “Sumqayıt”la “Rəvan”a uduzduq. Əgər planlaşdırılmamış xal itkiləri olmasaydı, indi hər şey fərqli olardı. Amma hətta bunlara rəğmən, biz mövsümün ilk hissəsini pis keçirmədik. Əsas odu ki, medallar uğrunda mübarizəmiz davam edir. Qışdan sonra daha yaxşı oyun sərgiləməyə çalışacağıq.
 
- Qışda komandanınızı dəyişmək fikriniz yoxdu?
- Xeyr. Mən hələ heç nə etməmişəm ki, nəyəsə iddia edəm. Klubumla üç illik müqaviləm var. Hələ sübut etməli olduğum çox şey var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.