28 dekabr 2012 00:11

Ramiz Məmmədov: Bizim hətta çempion olmaq şansımız da var

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytına müsahibəsində cari mövsümün geridə qalan dövrünü şərh edib, eləcə də qarşıdakı toplanışdan və transfer planlarından danışıb.
 
- Artıq bütün klublar yeni transferlər üçün fəal işə girişiblər. “Qəbələ” neçə futbolçu almağı planlaşdırır?
- Yaxın günlərdə “Qəbələ” rəhbərliyi ilə görüşüb bu məsələləri müzakirə edəcəyik. Hücum xəttini gücləndirmək istərdik. Amma rəqabəti artırmaq üçün bütün mövqelərə yeni futbolçu almağa çalışacağıq. Fevrala qədər bütün işləri tamamlamalıyıq. İzlədiyimiz futbolçular var. Lakin transferlər barədə konkret heç nə deyə bilməyəcəm. Hər halda “Qəbələ”yə yeni futbolçular qoşulacaq. Bəzi oyunçuların getməsi də istisna deyil.
 
- Artıq qış hazırlıq planlarınız məlumdu?
- Yanvarın 20-də Antalyada məşqlərə başlayacağıq. Türkiyədə dörd yoxlama matçı keçirməyi planlaşdırırıq. Bizə Ukrayna, Rusiya, eləcə də Almaniyanın ikinci Bundesliqasından olan klublarla oynamaq təklif olunub. Amma konkret kimlə oynayacağımızı hələ bundan sonra müəyyənləşdirəcəyik. Hər şeyə Türkiyəyə gedəndən sonra aydınlıq gələcək.
 
- Yeni alacağınız futbolçular legionerlərdi, yoxsa yerli oyunçular da olacaq?
- Potensial yeni futbolçularımız arasında həm Xorvatiya, Sloveniya, həm də Avropanın digər ölkələrindən olanlar var. Legionerlər hamısı Antalyaya gələcəklər və onları orda yoxlayacağıq. Çünki onları öncə iş başına gördükdən sonra qərar vermək istəyirik. Yerli futbolçulardan da maraq dairəmizdə olanlar var. Danışıqlar aparacağıq. Lakin yaxşı azərbaycanlı futbolçuların hamısının klublarıyla müqavilələri var. Qışda yaxşı futbolçu tapmaq çox çətindi.
 
- Adətən qışda alınan futbolçulara adaptasiya üçün daha çox vaxt lazım gəlir...
- Çempionatda vacib oyunlar bundan sonra olacaq. Bizim isə legionerlərin nə vaxt uyğunlaşacağını gözləmək imkanımız yoxdu.
 
- Kamran Ağayev özünə yeni klub axtarır. Onu qışda “Qəbələ”də görə bilərik?
- Mənim bu qapıçıya böyük simpatiyam var. O, ölkəmizin ən yaxşı qapıçılarındandı. Çox istərdim ki, Ağayev “Qəbələ”yə gəlsin. Məncə, hər bir azarkeşimiz də onun “Qəbələ” formasını geyməsini çox istərdi. Yəqin ki, bu məsələ rəhbərliklə söhbətdə müzakirə olunacaq. Lakin etiraf edim ki, məni hazırda daha çox hücum xətti və yarımmadafiə narahat edir. Qapıçı mövqeyi sonuncu yerdədi.
 
- Çempionatın geridə qalan dövrünü “Qəbələ” üçün necə qiymətləndirmək olar?
- Bəzi oyunlarda sırf öz səhvlərimizdən xallar itirdik. Hücum xəttimiz daha yaxşı çıxış edə bilərdi. Ümid edirəm ki, mövsümün əvvəlində üzləşdiyimiz problemləri yeni alacağımız futbolçularla yoluna qoya biləcəyik.
 
- “Qəbələ” ilk atlılıqda yerə ala biləcək?
- Bizim ilk altılığa düşmək üçün yaxşı şansımız var. Həmçinin medallar uğrunda da mübarizə apara bilərik. Sadəcə hər matçda meydana yalnız qələbə üçün çıxıb, buna nail olmaq lazımdı. “Qəbələ” mövsümün əvvəlki oyunlarında da göstərdi ki, istənilən rəqibi məğlub edə bilər. Hətta deyərdim ki, bizim qızıl medalları qazanmaq şansımız da var. Düzdü, çempionluq uğrunda çox klub mübarizə aparır. Amma “Qəbələ” də onlarla rəqabət aparacaq gücdədi. Bu mövsüm nəhayət biz də avrokuboklara vəsiqə qazanmalıyıq.
 
- Bu mövsüm “Neftçi” avrokuboklarda tarix yazdı. Amma onlar bu uğurlarının yaxın 5-10 ildə təkrarlanmayacaqlarını iddia edirlər. “Qəbələ” bu uğuru təkrarlaya bilər?
- Mən artıq “Neftçi”ni avrokuboklardakı uğurlu çıxışı münasibəti ilə təbrik etmişəm. Lakin əgər biz bu komandanın uğurunun yaxın illərdə təkrarlanmayacağını düşünürüksə, onda niyə çempiona keçiririk? Belə çıxır ki, bütün Azərbaycan klubları ancaq qrup mərhələsinə düşmək üçün oynayırlar. Mən belə düşünürəm ki, Messi əvsanəvi Müllerin rekordunu necə qırdısa, “Neftçi”nin də uğurunu təkrarlayan tapılacaq. Vaxtilə “Qarabağ” Avroliqanın pley-off mərhələsinə düşməklə tarix yazmışdı. Bu il “Neftçi” bizi sevindirdi. Əmin olun ki, vaxt gələcək klublarımız qrup mərhələsini də adlayacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.