27 dekabr 2012 12:12
Rauf Əliyev Premyer Liqanın 3 klubu arasında seçim edir
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev böyük ehtimalla qışda yeni kluba keçəcək. Azerisport.az xəbər verir ki, Əliyevin xidmətində birdən-birə Premyer Liqamızın üç klubu maraqlıdı.
Bunlar “Xəzər Lənkəran”, “Bakı” və “Qəbələ”di. Lakin onu heyətində görmək istəyən klub Ağdam təmsilçisinə kompensasiya ödəməlidi. Çünki Raufun “Qarabağ”la anlaşmasının müddəti 2013-cü ilin yayına qədərdi.
Maraq üçün onu da bildirək ki, Əliyev hələ yaxın müddətdə ölkə xaricində oynamaq fikrində deyil. Yəni o, “Qarabağ”dan getsə, yalnız digər Azərbaycan klublarında çıxış edə biləcək.
