27 dekabr 2012 12:38
Qarabağ yanvarın 9-da bir araya gələcək
Ağdamın “Qarabağ” klubu qış təlim-məşq dövrünü Türkiyənin Antalya şəhərində keçirəcək. Azerisport.az xəbər verir ki, yanvarın 9-da bir araya gələcək komanda təlim-məşq toplanışı üçün birbaşa Antalyaya yollanacaq.
Fevralın 3-nə qədər davam edəcək toplanış zamanı “Qarabağ” Belek bölgəsindəki “İC Santai” mehmanxanasında məskunlaşacaq.
