28 dekabr 2012 00:45
Sumqayıtın hazırlıq planları bəlli deyil
“Sumqayıt” hələ də qış hazırlıq planlarını müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, hazırda digər elita təmsilçiləri kimi istirahətdə olan Sumqayıt şəhərinin təmsilçisi yanvarın 8-də bir araya gələcək.
Elə mövsümün qalan dövrünə hazırlıq planlarına da qarşıdakı günlərdə aydınlıq gətiriləcək. Komanda hazırlıq prosesi dövründə bir neçə sınaq matçı da keçirəcək.
