28 dekabr 2012 01:25
Bakı Kamran Ağayevi heyətinə qatmaq istəyir
“Bakı” futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi heyətinə qatmaqda maraqlıdı. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəsmiləri Yeni ildən sonra təcrübəli futbolçu ilə görüşməyi planlaşdırırlar.
Mümkündü ki, “Bakı” da Kamrandan müqavilə ilə məxsus olduğu “Xəzər Lənkəran”la problemlərini özünün həll etməsini istəsin. Bakılılar yalnız bundan sonra yığmamızın qolkiperi ilə müqavilə bağlaya bilər.
Qeyd edək ki, “Bakı” kimi, “Neftçi” də Kamranı heyətinə qatmaq istəyir. Lakin “ağ-qaralar”ın da şərti Kamranın “Xəzər Lənkəran”la problemi yoluna qoyandan sonra danışıqlar stolu arxasına əyləşməkdi.
Sonda onu da bildirək ki, “Bakı”nın Ağayevlə bağlı iddiasını Edin Nuredinoskinin ciddi zədə alması artırıb.
