27 dekabr 2012 13:27
“Messi Müllerin rekordunu necə qırdısa, Neftçinin də uğurunu təkrarlayan tapılacaq”
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov “Neftçi”nin avrokuboklardakı çıxışını qiymətləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən artıq “Neftçi”ni avrokuboklardakı uğurlu çıxışı münasibəti ilə təbrik etmişəm. Lakin əgər biz bu komandanın uğurunun yaxın illərdə təkrarlanmayacağını düşünürüksə, onda niyə çempiona keçiririk? Belə çıxır ki, bütün Azərbaycan klubları ancaq qrup mərhələsinə düşmək üçün oynayırlar. Mən belə düşünürəm ki, Messi əvsanəvi Müllerin rekordunu necə qırdısa, “Neftçi”nin də uğurunu təkrarlayan tapılacaq. Vaxtilə “Qarabağ” Avroliqanın pley-off mərhələsinə düşməklə tarix yazmışdı. Bu il “Neftçi” bizi sevindirdi. Əmin olun ki, vaxt gələcək klublarımız qrup mərhələsini də adlayacaqlar”.