27 dekabr 2012 13:46
Neftçinin futbolçuları istirahətə buraxıldı
“Neftçi”nin futbolçuları istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri yanvar ayının 6-da yenidən bir araya gələcəklər.
“Neftçi” 11.01.2013-cü il tarixindən etibarən Türkiyənin Antalya şəhərində hazırlığa başlayacaq. İki mərhələli hazırlıq fevral ayının 3-də başa çatacaq. Bu müddətdə komanda bir-neçə yoxlama görüşündə qüvvəsini sınayacaq.
