27 dekabr 2012 14:05

Rail Məlikov: Foqtsun çağırdığı futbolçuların heç birindən zəif deyiləm

Türkiyənin “Denizlispor” klubunun müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibəsində 2012-ci ili dəyərləndirib.
 
- Hazırda nə işlə məşğulsunuz?
- Yenicə oyanmışam, səhər yeməyinə hazırlaşıram.
 
- Belə gec?
- Yatmaq istədim. Mənim istirahət üçün elə də çox vaxtım olmur.

- Dənizliyə nə vaxt qayıdacaqsız?
- Yanvarın 2-də Antalyada təlim-məşq toplanışımız başlayacaq.
 
- Adətən futbolçular ölkə xaricində istirahət edirlər. Bəs siz?
- Bu, yerli futbolçulara aiddi. Amma legionerlər belə fasilələr zamanı ailəsiylə olmağa çalışır. Toplanışa qədər evdə olacağam.
 
- Geridə qalan ili özünüz üçün nə dərəcədə uğurlu sayırsız?
- Maraqlı alındı. Təbii ki, hər şeydən önəmli hadisə bu il legioner həyatı yaşamağım oldu.
 
- Legionerlik necədi?
- Bir tərəfdən çətindi, digər tərəfdən xoşdu. Legioner həyatı düşündüyümdən də çox ağırdı. Türkiyənin birinci divizionunda belə çətin çempionat olduğunu gözləmirdim. Həm də mən yeni klubumda özüm üçün tam fərqli bir mövqedə çıxış etməli oldum.
 
- Bütün karyerası ərzində sağ cinah müdafiəçisi olmuş biri üçün mərkəzdə oynamaq çətin deyil ki?
- Belə çıxır ki, bütün karyeram ərzində öz mövqeyimdə oynamamışam. Stopper kimi oynamaq mənə rahatdı.
 
- Yığmamızın heyətində kifayət qədər mərkəz müdafiəçisinin olduğunu nəzərə alsaq, sizin milliyə dəvət almamağınızı təbii qarşılamaq olar?
- Niyə ki? Mən özümü heç kimdən zəif hesab etmirəm. Qoy dəvət etsinlər, ondan sonra kimin güclü olduğuna baxarıq.
 
- Deməli, Türkiyədə hər şeydən razısız?
- Bu, klubsuz qalmaqdan daha yaxşıdı.
 
- Amma komandanızın işləri o qədər də yaxşı keçmir...
- “Denizlispor” 12-ci pillədə olsa da, liderlərlə xal fərqimiz elə də böyük deyil. Onlara çatmaq şansımız qalır. İlk dövrədə uğur bizim tərəfimizdə deyildi. Qələbə qazanmalı olduğumuz oyunlarda xallar itirirdik. Hər şeyə rəğmən, biz ilk altılığa düşə, Superliqaya çıxmaq uğrunda mübarizə apara bilərik. Həm də komandaya güclənmək lazımdı.
 
- Bu, sizin mövqeyinizə də aiddi?
- Mən ilk dövrədə özümü kifayət qədər yaxşı tərəfdən göstərə bildim. Ona görə də rəqabətdən qorxmuram. Amma digər mövqelərə güclənmək lazımdı.
 
- Bu mövsümü “Denizlispor”da bitirəcəksiz?
- Dəqiq demək çətindi. Bütün transfer məsələləri ilə agentim məşğul olur. Əgər hansısa klub mənim üçün tələb olunan məbləği “Denizlispor”a ödəmək istəsə, başqa komandaya keçməyim istisna deyil. Növbəti mövsümdə Superliqada oynamağı çox istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.