27 dekabr 2012 14:30
Qarabağ Gürcüstan yığmasının hücumçusu ilə güclənə bilər
“Qarabağ” futbol üzrə Gürcüstan yığmasının hücumçusu Vladimir Dvalişvili ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, Polşanın “Poloniya” klubunda top qovan futbolçu komandasıyla yollarını ayırmağa hazırlaşır.
Ona Ukrayna, Rusiya və İsveçrə klublarının da maraq göstərdiyi bildirilir. Dvalişvilinin sonda hansı təklifə müsbət cavab verəcəyi hələlik bilinmir.
