27 dekabr 2012 15:12
Turnirə yekun vuruldu (FOTO)
Bu gün Azərbaycan Texniki Universitetinin İdman Kompleksində Bakcell-in sponsorluğu, AFFA və Əlillər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə eştiməqüsurlu əlillər arasında keçirilən futzal turnirinin bağlanış mərasimi olub. Azerisport.az xəbər verir ki, Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirin qalibi adını "Birlik" komandası qazanıb. "Şimşək" ikinci, "Zirvə" komandası isə üçüncü yeri tutub.
İslam Əliyev ("Birlik") turnirin ən yaxşı oyunçusu, Həmid Abdullayev ("Birlik") ən yaxşı qapıçısı adına layiq görülüb. "Şimşək" komandasının üzvü Aleksandr Doktorov isə 14 qolla turnirin ən məhsuldar futbolçusu olub.
