27 dekabr 2012 15:23
Turanın Gürcüstan klubu ilə oyunu təxirə salındı
Bu gün “Turan” Gürcüstan klubu ilə yoldaşlıq oyunu keçirməli idi. Lakin azerisport.az xəbər verir ki, Tovuz klubunun “Sioni” ilə qarşılaşması baş tutmayıb.
Məsələ burasındadı ki, komanda üzvləri hazırda istirahətdədi. Bu üzdən də Tovuz klubu sadəcə bir oyuna görə toplanmağa ehtiyac duymayıb.
Nəticədə qarşılaşma gələn aya təxirə salınıb. Oyun yanvarın 15-də keçiriləcək. Qarşılaşma Tovuz şəhər stadionunda baş tutacaq.
Maraq üçün onu da bildirək ki, “Turan” hələ mövsümün qalan hissəsinə hazırlıq planlarını müəyyənləşdirməyib. Amma komandanın yanvarın 6-da bir araya gəlməsi gözlənilir.
Maraq üçün onu da bildirək ki, “Turan” hələ mövsümün qalan hissəsinə hazırlıq planlarını müəyyənləşdirməyib. Amma komandanın yanvarın 6-da bir araya gəlməsi gözlənilir.
