28 dekabr 2012 16:58
Vaqif Sadıqov: İstərdim ki, onlar hamısı komandada qalsınlar
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov komandasının transfer planlarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim komandada görmək istədiyimiz bəzi futbolçular var. Onları qarşıdakı toplanışda sınaqdan keçirəcəyik. Bəziləri Bakıdakı toplanışa qatılacaqlar, qalanları isə Türkiyədəki hazırlıq prosesində iştirak edəcəklər. Yanvarda komandadan gedənlər də olacaq. Amma çox istərdim ki, onlar AZAL-da qalsınlar. Çünki onsuz da bizim ehtiyat oyunçular skamyamız geniş deyil”.