28 dekabr 2012 17:47
AFFA Kemal Alispahiç və David Petrkeviçi bağışladı
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Simurq” və “Rəvan”ın müraciətlərinə baxılıb.
Müraciətlər müzakirə olunduqdan sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin “Simurq”un qapıçısı David Petzkeviç barədə qərarı qismən dəyişdirilsin. Qapıçı intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində David Petrkeviç analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
2. AFFA-nın İntizam Komitəsinin “Rəvan”ın baş məşqçisi Kemal Alispahiç (hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətməsi) barədə qərarı ləğv olunsun.
