28 dekabr 2012 18:16

İnter: 2012-ci il rəqəmlərin gözü ilə

“İnter” başa çatmaqda olan 2012-ci ilə yekun vurub. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytı ilin statistik göstəricilərini açıqlayıb. Burada 2012-ci ildə baş tutan 41 qarşılaşma əks olunub.
 
“İnter”in keçirdiyi görüşlərdən 14-ü 2011/2012, 18-i 2012/13 mövsümünün Premyer Liqası çərçivəsində, 4-ü ötən, 1-i cari mövsümün kubok yarışlarına təsadüf edib. Daha 4 qarşılaşma isə Avropa Liqasında baş tutub.
 
Kaxaber Tsxadadzenin yetirmələri 41 matçda 19 qələbə əldə edib, 13 oyunu “sülh”lə başa vurub və 9 dəfə rəqibindən zəif olub. Vurulmuş və buraxılmış qollar arasında fərqdəki üstünlük 2 dəfədən də çoxdur – 47:23.
 
“İnter” başa çatmaqda olan ildə ən böyük qələbəni Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində Estoniya təmsilçisi “Trans”a qarşı keçirdiyi oyunda əldə edib - 5:0. Maraqlıdır ki, 2012-ci ildə komanda yalnız 1 dəfə 1 topdan çox fərqlə məğlub olub. Bu isə 2011/2012 mövsümündə Premyer Liqa oyunları çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilən qarşılaşmada baş verib. Həmin vaxt “İnter” rəqib komandaya 0:2 hesabıyla uduzub.
 
2012-ci ildə “İnter” 47 qol vurub (orta hesabla 1 oyunda 1,15 qol). Bakılıların heyətində 13 futbolçu fərqlənib: İbrahima Niasse, Nizami Hacıyev, Bronislav Çervenka, Baçana Tsxadadze, Enyo Krastovçev, Girt Karlson, Asif Məmmədov, Georgi Adamiya, Slavço Georgiyevski, Tales Şütz, Vladimir Levin, Samir Zərgərov və Cako Arafat. Daha 2 top avtoqol sayəsində qeydə alınıb.
 
2012-ci ildə “İnter”in ən yaxşı bombardiri rəqib komandaların qapısından 12 qop keçirmiş Baçana Tsxadadzedi. Nizami Hacıyev 9, İbrahima Niasse 7, Vladimir Levin 3, Asif Məmmədov, Samir Zərgərov, Slavço Georgiyevski, Georgi Adamiya və Tales Şüts hərəyə 2 dəfə fərqlənib. Hazırda komandanın heyətində çıxış etməyən Enyo Krastovçev, Girt Karlson, Bronislav Çervenka və Cako Arafat isə hərəyə 1 qol vurublar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.