28 dekabr 2012 11:23
MDB çempionatı sentyabr ayında başlayacaq
Rusiyanın mini-futbol federasiyasının azərbaycanlı prezidenti Emil Əliyev MDB ölkələrinin klubları arasında keçiriləcək MDB çempionatının start veriləcəyi tarixi açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sözügedən birinciliyə 2013-cü ilin sentyabr ayının 1-dən etibarən start verilməsinin mümkünlüyünü dilə gətirib:
Lakin o vaxta qədər bütün ölkələrlə razılıq əldə olunmalıdı. Hələlik bu çempionatda iştiraka Ukrayna, Qazaxıstan, Azərbaycan, Belarus və Latviya razılıq verib. Azərbaycanı turnirdə “Araz” təmsil etməlidi.
