28 dekabr 2012 11:48
Zeynal Məmmədov: Əfran, Rauf və Kamranla danışıqlara başlamağa hazırıq
“Bakı”nın baş meneceri Zeynal Məmmədov azerisport.az saytına müsahibəsində komandanın çıxışını dəyərləndirib, qarşıdakı planlardan danışıb.
- “Bakı”nın cari mövsümdəki çıxışını necə qiymətləndirirsiz?
- Klub rəhbərliyi narazıdı. Biz komandanın çıxışını zəif qiymətləndiririk. “Bakı” bu qədər xal itirməməliydi. İndi problemləri müzakirə etməyin, onların həllini tapmağın əsl vaxtıdı. Bəzi futbolçular ümumiyyətlə ümidləri doğrultmadılar. Komandamızda əsas üstünlük legionerlərə verilib. Lakin legionerlərin belə bir nəticə qazanması normal qarşılana bilməz.

- Sizcə, bu uğurusuzluğun əsas səbəbi nədi?
- Əsas səbəb futbolçularımızdadı. Onlar istənilən səviyyədə çıxış edə bilmədilər. Bəzi oyunlarda isə hakimlər yüz faizli penaltilərimizi verməyiblər. Təsəvvür edin ki, “Bakı”dan başqa hamı penalti vurub. Lakin hər şeyə rəğmən, mən “Bakı” üçün hər şeyin itirildiyini düşünmürəm. Qoy rəqiblərimiz hələ sevinməsinlər.

- Bandoviçlə əməkdaşlığı davam etdirəcəksiz?
- O, öz postunda qalacaq. Biz baş məşqçinin almaq istədiyi futbolçuları komandaya cəlb etməyə çalışacağıq. Heyəti gücləndirdikdən sonra “Bakı” nəhayət öz oyununu sərgiləməyə başlamalıdı. Həm çempionatda, həm də kubokda mübarizəmizi davam etdiririk.

- Bandoviç artıq komandanı tərk edəcək futbolçuların adlarını açıqlayıb...
- Bəli. Siyahı bizdədi. Qarşıdakı günlərdə “Bakı”nın prezidenti Hafiz Məmmədovla bütün detalları müzakirə etməliyik. Bandoviç komandanı dəyişmək istəyir. Onun təqdim etdiyi siyahıda 6-7 futbolçu var. Fikrimcə, bayram günlərində biz kimlərin gedəcəyini açıqlayarıq. Onların əvəzində daha güclü legionerlər gətirəcəyik.
- Yerli futbolçulardan kimlərlə maraqlanırsız?
- Biz yerli bazarda fəal olmağa çalışacağıq. Artıq deyə bilərəm ki, “Bakı” Əfran İsmayılov cə Rauf Əliyevlə maraqlanır. Bilirik ki, onların “Qarabağ”la müqaviləsi var. Buna görə də Ağdam klubu ilə danışıqlar aparmağımız lazımdı. Əfranla Rauf hücum xəttimizi gücləndirə bilər. Əgər onlar alınmasa, başqa variantlara baxacağıq. Lakin indidən konkret heç nə demək istəmirəm. Hər şeyə klub prezidenti ilə danışıqlardan sonra aydınlıq gələcək.

- “Bakı” Kamran Ağayevi almaqda maraqlıdı?
- Hazırda komandamıza yaxşı qapıçı lazımdı. Dəqiq deyə bilərəm ki, “Bakı” Kamranla müqavilə bağlaya bilər. Əgər baş məşqçimiz də onun transferində maraqlı olsa, Ağayevi heyətimizə qata bilərik. Kamran yaxşı qapıçıdı. Yığmamızın qapıçısıdı. Həm də Edin Nuredinoskinin aldığı zədə bizi yeni qapıçı axtarmağa məcbur edir.

- Bu il Avropa Liqasında tarix yazan “Neftçi”də belə hesab edirlər ki, onların uğurunu yaxın 5-10 ildə təkrarlayan olmayacaq...
- Bizim klublar nəinki bu uğuru təkrarlaya, hətta yaxşılaşdıra da bilərlər. Düzdü, onlar çətin qrupda üç xal qazandılar. Amma bizim klublar bundan da yaxşı nəticə qazanmağa qadirdilər. Əgər biz inkişafdan danışırıqsa, necə yaxın beş ildə qrup mərhələsinə düşməyə bilərik? Mən inanıram ki, komandalarımız hamını sevindirəcək. Artıq Çempionlar Liqası haqda düşünmək lazımdı.