29 dekabr 2012 00:03

Qarabağda 2012-ci ilin ən yaxşısı açıqlandı

2012-ci il başa çatır. Azerisport.az xəbər verir ki, hər olduğu kimi “Qarabağ” yenə ilin ən yaxşılarını seçib.
 
Ənənəvi olaraq sorğuya klubun idari, texniki və inzibati heyəti qatılıb. Səsvermə standardlardan bir az fərqlənib.
 
Belə ki, 2012-də meydana çıxan 25 futbolçunun seçilmə imkanı olub (2012-ci ilin ilk yarısında “Qarabağ” oynayanlar səsverməyə daxil edilməyiblər). Müəyyənləşmiş 25 futbolçu 25 ballıq şkalayla qiymətləndirilirib. Yəni, 25-ə qədər xal 25 futbolçu arasında paylaşdırılıb.
 
Klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alınıb. İlk pillənin sahibi gərgin mübarizə nəticəsində qələbə qazanıb
 
Ötən ilin qalibi Admir Teli və ilin 2-ci yarısında sürət yığan Vüqar Nadirov arasında gərgin mübarizə sonuncunun minimal hesablı qələbəsiylə sonuclanıb. Ötən il bütün oyunlarda əvəzlənmədən meydanda olan albaniyalı stopper, “Neftçi” və “Xəzər Lənkəran”la oyunlarda vurduğu gözəl qollarla qələbə gətirən sağ cinah vingerinə məğlub olub. 3-cü sırada isə yayda transfer olaraq hər kəsin rəğbətini qazanan Riçard Almeyda qərar tutub. 4-cü yerdə Ansi Aqolli, 5-ci yeri isə Qara Qarayev qərarlaşıb.
 
Bütün qaliblər
2008 – Maksim Medvedev
2009 – Vaqif Cavadov
2010 – Rauf Əliyev
2011 – Admir Teli
2012 – Vüqar Nadirov

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.