28 dekabr 2012 12:05
Neftçi Arsenalın da almaq istədiyi futbolçu ilə maraqlanır
Azərbaycan çempionu “Neftçi” İsveçrənin “Young Boys” klubunun futbolçusu ilə maraqlanır. Azerisport.az xəbər verir ki, söhbət komandanın serbiyalı müdafiəçisi Duşan Veskovaçdan gedir.
Sözügedən futbolçu İsveçrə klubundan getməyə hazırlaşır. Bu üzdən də onun xidmətində maraqlı olan klubların sayı getdikcə artır.
Hələlik isə, onunla daha çox Kiyev “Arsenal”ının və “Neftçi”nin maraqlandığı bildirilir. Qeyd edək ki, Veskovaç zədə səbəbindən bu mövsüm cəmi 8 oyunda meydana çıxıb.
