28 dekabr 2012 12:54
Qəbələ Kaiserslauternlə sınaq matçı keçirəcək
“Qəbələ” Türkiyə toplanışı zamanı dörd sınaq matçı keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi artıq sınaqçı rəqiblərindən birini müəyyənləşdirib.
Belə ki, Ramiz Məmmədovun komandası Almaniya klubu ilə qarşılaşa bilər. Söhbət ikinci Bundesliqa təmsilçisi “Kaiserslautern”dən gedir. Böyük ehtimalla bu komandaların yanvarın 25-də üz-üzə gələcəklər.
Qeyd edək ki, hər iki komanda Türkiyədə eyni oteldə (Bələkdəki “Gloria Serenity”) qalacaqlar.
