28 dekabr 2012 13:16
Neftçi Sebastyan Milyanın ilinə 450 min avro təklif etdi
Polşanın “Slensk” klubunun kapitanı Sebastyan Milyanın karyerasını Azərbaycanda davam etdirmək şansının yarandığı barədə sizə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq onun hansı klubumuzdan təklif aldığı da müəyyənləşib.
Milyanı “Neftçi” sıralarına qatmaq istəyir. Bunu futbolçunun özü də təsdiqləyib: “Mən Azərbaycandan çox ciddi təklif almışam. Səbrsizliklə yanvarı gözləyirəm. Amma başqa təkliflərin olması da mümkündü”.
Polşa mətbuatının məlumatına görə, “Neftçi” Milyanın ilinə 450 min avro təklif edib. Lakin hələlik bu xəbərlər bakılılar tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, 30 yaşlı futbolçu yarımmüdafiəçidi. O, artıq beş ildi ki, “Slensk”də çıxış edir. Milya vaxtilə “Lodz”, “Volerenga” (Norveç), “Austria” (Avstriya), “Visla” və “Legia” kimi klublarda da top qovub.
