28 dekabr 2012 14:07
Nazim Süleymanov: Neftçinin futbolçuları öz güclərinə də inanmırlar?
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində 2012-ci ilin yekunlarından, Premyer Liqamızdan danışıb.
- 2012-ci il sizin üçün daha çox nə ilə yadda qaldı?
- Mənim üçün hər şeydən öncə idmançılarımızın Olimpiadadakı uğurları yaddaqalan oldu. Həmçinin Bakıda keçirilən qızlar arasındakı dünya çempionatı, “Neftçi”nin Avropa Liqasındakı uğurlu çıxışı da xüsusi vurğulanmalıdı. Bütün bunlar Azərbaycan idmanının inkişafda olduğunu göstərir.

- “Neftçi”də belə hesab edirlər ki, onların Avroliqadakı uğurunu yaxın 5-10 ildə heç bir klubumuz təkrarlaya bilməyəcək...
- “Neftçi” uğurlu çıxışı ilə hamımızı sevindirdi. Amma mən bir şeyi başa düşmürəm. Məgər “Neftçi” futbolçuları özlərinin də bu uğuru təkrarlayacaqlarına inanmırlar? Şəxsən mən belə hesab edirəm ki, “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı”, “İnter”, “Qəbələ” və “Qarabağ” nəinki bu uğurları təkrarlaya, hətta yaxşılaşdıra da bilərlər.
- Son dövrlər futbolçularımız yerli klubları çox tez-tez dəyişirlər. Sizcə, buna səbəb nədi?
- Mən futbolçuları başa düşürəm, onlar da çalışırlar ki, daha çox pul qazansınlar. Futbolçu həyatı qısadı. Onlar da özləri üçün yaxşı şərait yaratmağa çalışırlar. Lakin hər mövsüm klub dəyişmək də düz deyil. Klub prezidentlərinin yerinə olsaydım, hər futbolçu ilə ən azı iki illik müqavilə imalardım. Peşəkar futbolda bir illik müqavilə olmur. Yalnız pul xatirinə klub dəyişməkdə heç bir məna yoxdu.

- Sizcə, hansı futbolçularımız xaricə yollana bilərlər?
- Azərbaycan futbolçuları indi ancaq pulu düşünürlər. Onlar fikirləşir ki, əgər burda yaxşı şərait və şərtlər varsa, nəyə görə xaricə getməliyəm ki. Öz üzərində işləyib daha çox şeyə nail olmaq istəyən futbolçu yoxdu.

- Deməli, belə futbolçumuz yoxdu?
- Azərbaycan yığmasında top qovan bəzi futbolçular var ki, xaricdə oynaya bilərlər. Amma buna hazır olmaq lazımdı. Daha hər məşqdən sonra şəhərin mərkəzində gəzmək yox. Uğurlu karyera naminə nələrisə qurban vermək lazımdı.

- Yəni xarici klublara keçməklə onlar çox itirmiş olurlar?
- Baxır hara keçir. İndi normal futbolçularla müqavilələr 150-200 min avro dəyərində bağlanılır. Amma üzərində çalışsa, normal kluba keçsə, daha çox qazana bilər. Rusiya futbolunda futbolçuların nə qədər qazandığını bilirsiz? Minimum qazanc az qala milyon dollara yaxındı. Futbolçularımız Rusiya klublarına keçməklə ancaq qazana bilərlər.

- Kamran Ağayev özünə yeni klub tapa bilməsə necə olacaq?
- Son aylarda o, oynamayıb. Buna baxmayaraq, Kamran Azərbaycanın ən yaxşı qapıçısı seçildi. Lakin bundan sonra klubsuz olduğuna görə Ağayevin yığmaya düşməsi çətin olacaq.