28 dekabr 2012 15:25
Əmrah Çəlikəl: Kimisə güclə saxlamaq fikrimiz yoxdu
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl bu komandada çıxış edən Əfran İsmayılovla Rauf Əliyevin digər klubların maraq dairəsinə düşməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu marağı ancaq mətbuatda görürəm. Çünki bizə heç bir rəsmi təklif gəlməyib. Heç qeyri-rəsmi danışıqlar da olmayıb. Əgər futbolçularımızdan hansısa komandadan getmək istəsə, biz bu varianta baxmağa hazırıq. Çünki kimisə güclə saxlamaq fikrimiz yoxdu. Amma futbolçularımızdan heç biri getmək istədiyini bəyan etməyib”.