28 dekabr 2012 16:36
“Gələn il 8 klubdan ibarət dörd dövrəli çempionat keçirməyi planlaşdırırıq”
Azərbaycanın çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev azerisport.az saytının suallarını cavablandırıb.
- 2012-ci il sizin üçün nə dərəcədə uğurlu alındı?
- Çox yaxşı alındı. Ölkəmizdə çimərlik futbolu üzrə 14 turnir keçirildi. Hələ belə bir şey olmamışdı. Super Liqa adlı ilk ölkə çempionatını keçirdik. Orda 8 klub iştirak edirdi. Üçü region təmsilçisi idi. Sonda “Bakı” qalib oldu. 15 çimərlik futbolu hakimimiz var. Onların da altısı regionları təmsil edir. İki FİFA referimiz var. Biri mənəm, digəri də İnqilab Məmmədov.

- Qarşıdakı illərdə digərlərinin də FİFA dərəcəsi alması mümkündü?
- Bəli. 2014-cü ildə siz daha bir belə ad eşidəcəksiz. Bu, gənc hakimlərimizdən biri olacaq.

- Bəs rəqabət nə dərəcədə yüksəkdi?
- Bu il mən 12 beynəlxalq turnirdə iştirak etmişəm. Bunun sayəsində reytinq balımı da xeyli artırmağa nail olmuşam. Artıq dünyanın ən yaxşı yeddi hakimi sırasında yer almaqdayam. Mən eyni zamanda keçmiş SSRİ ölkələrinin bəzilərində kurator kimi fəaliyyət göstərirəm.

- Bunlar hansı ölkələrdi?
- Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan və Moldovada fəaliyyət göstərirəm. Bu ölkələrdə turnirlər keçiririk, hakimlər hazırlayırıq. Bu yaxınlarda Qazaxıstan yığmasının Dubayda təlim-məşq toplanışı keçirməsinə təşkilatçılıq etdik. Gürcüstanda hakimliklə bağlı bəzi işlər görmüşük. Gələn il onların da FİFA referisi olacaq.
- Azərbaycanda daha yüksək səviyyəli çempionat keçirmək mümkündü?
- Biz bunun üzərində baş sındırırıq. Ölkəmizdəki hava şəraiti yalnız apreldən oktyabra qədər çempionat keçirməyə imkan verir. Ola bilər ki, gələn il səkkiz komanda arasında dörd dövrədən ibarət çempionat keçirək. Özü də hər dövrəni fərqli rayonlarda keçirmək olar. Məsələn, Astara, Lənkəran, Sumqayıt. Final mərhələsini isə Bakıda təşkil etmək lazımdı. Bu təcrübədən Rusiyada istifadə olunur.

- Gələn il üçün başqa nə planlar var?
- Azərbaycanda bir neçə turnir keçirməyi planlaşdırırıq. Həmçinin nəzarətçisi olduğum ölkələrdə də bəzi beynəlxalq turnirlər olmalıdı.
- 2013-cü ildə Taitidə keçiriləcək dünya çempionatında siz də iştirak edəcəksiz?
- İştiraka hazırlaşıram. Adətən, dünya birinciliyinə ilk onluğa düşən hakimlər gedirlər. Bu, mənim üçüncü mundialım olacaq. Sonuncu mundialda yarımfinal matçını idarə etmişdim.