29 dekabr 2012 19:37
Bakı Uinston Parksla da yollarını ayırdı
“Bakı” daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Uinston Parksla da yollarını ayırıb.
Qeyd edək ki, legioner futbolçu uzun müddət idi ki, zədədən əziyyət çəkirdi və komandaya kömək edə bilmirdi. Bu üzdən də “zolaqlılar” “Xəzər Lənkəran”dan alınan futbolçu ilə yolları ayırmağa qərar veriblər.
Xatırladaq ki, “Bakı” bundan əvvəl Cəmşid Məhərrəmov, Denis İvanov, İbrahim Karqbo, Maris Verpakovski, Nenad Kovaçeviç və Vangelis Mantsiosla da yolları ayırmışdı.
