29 dekabr 2012 11:45

Georgi Nikolov: Neftçi hamımızı sevindirdi, amma bir az ciddi olmaq lazımdı

“İnter”in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi
 
- Bu ili “İnter” üçün necə qiymətləndirirsiz?
- Birmənalı qiymət vermək olmaz. İli turnir cədvəlinin birinci pilləsində başa vurmağımız sevindirir. Lakin digər tərəfdən bizim Avropa Liqasında daha yaxşı çıxış etmək imkanımız olsa da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Lakin hər şeyə rəğmən, “İnter”in öz yolu var və biz bu yolla irəliləyirik. Bizim üçün əsas nəticədi.
 
- Qışda komandada ciddi dəyişiklər gözlənilir?
- İki futbolçu komandanı tərk edib. Bunlar Arafat və Barmettlerdi. “İnter”dən başqa heç kim getməyəcək. Çünki onsuz da geniş oyunçu seçimimiz yoxdu. Bir neçə yeni futbolçu almağı planlaşdırırıq. Bunlar da əsasən legionerlər olacaq. Çünki yaxşı yerli futbolçuların hamısının müqaviləsi var. İki hücumçu almaq istərdik.
 
- AFFA-da keçirilən son toplantıda siz reqlamenti dəyişməyi təklif etmişdiniz...
- Mən dörd dövrədən ibarət 10 komandalı çempionata qarşıyam. Onda Bakı çempionatı alınacaq. Regionlardan yalnız “Qəbələ” və “Xəzər Lənkəran” qalacaq. Mən istərdim ki, 12 komanda qalsın və onlar 3 və ya 4 dörvədən ibarət çempionatda iştirak etsinlər. Avropadakı təzyiqə hazır olmağımız lazımdı.
 
- Bildiyimiz qədərilə siz xaricdən hakim gətirilməsini də istəyirsiz...
- Mən bizim hakimlərin əleyhinə deyiləm və onları zəif saymıram. Əksinə, onların arasında yaxşı peşəkarlar var və öz işlərini yaxşı bilirlər. Sadəcə, bəzi səhvlər onlara olan inamı azaldır. Amma əcnəbi hakimlərin dəvət olunmasına da qarşı deyiləm. Fikrimcə, bu, bizi bəzi problemlərdən xilas edə bilər.
 
- Sizcə, indi hansı azərbaycanlı futbolçular xaricdə çıxış edə bilərlər?
- Kamran Ağayev. Hansı ki, indi onsuz da komandasızdı. Ruslan Abışov özünü Türkiyədə yaxşı tərəfdən göstərə bilər. Cavid İmamverdiyev də yaxşıdı. Amma o, bir il də Azərbaycanda özünü göstərsin, sonra legioner həyatı barədə düşünər. Sonra bizim Nizami Hacıyev. Son dövrlər “Simurq”da Murad Səttarlı ilə Rasim Ramaldanov da yeni səviyyəyə qalxıblar.
 
- “İnter” rəhbərliyi Kaxaber Tsxadadzedən razıdı?
- Bəli. O, yaxşı kollektiv yaradıb. Bu, məhz bizim istədiyimiz şeydi. Bizim onunla müqaviləmiz mövsümün sonunda başa çatır. Amma mən onunla yenidən danışmaq və yeni müqavilə bağlamaq istəyirəm.
 
- Bu mövsüm bir Azərbaycan klubu Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Sizcə, Çempionlar Liqasının qrupunda düşmək nə dərəcədə realdı?
- ÇL tamamilə fərqli turnirdi. Amma möcüzəyə imza atmağın vaxtıdı. BATE bir dəfə bu turnirə vəsiqə qazandı, təcrübə topladı, indi ordan çıxmır. Çox istərdim ki, “İnter”i də ÇL-də görüm. Amma reallıq belədi ki, biz hələlik sadəcə Avroliqa barədə düşünə bilərik. Bu turnirdə hətta pley-off barədə də düşünmək olar.
 
- Lakin “Neftçi”də belə hesab edirlər ki, onların uğurunu yaxın beş ildə heç bir Azərbaycan klubu təkrarlaya bilməyəcək...
- Mən belə hesab etmirəm. Bəli, “Neftçi” öz uğuru ilə bizim hamımızı sevindirdi. Amma bir qədər ciddi olmaq lazımdı. Axı “Qarabağ” da əvvəlki mövsümlərdə buna çox yaxın idi.
 
- Sizcə, 2012-ci ilin ən yaxşı futbolçusu və məşqçisi kimi kimləri qeyd etmək olar?
- Ən yaxşı futbolçu Ruslan Abışovdu. O, “Xəzər Lənkəran”a keçəndən sonra da yaxşı oyun sərgiləyir. Yığmada da üzdə olan futbolçulardan idi. Ən yaxşı məşqçi Böyükağa Hacıyev oldu. Kaxaber Tsxadadze isə onunla bir-ikinci yerləri bölüşür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.