29 dekabr 2012 12:36
İlin son cəzası Neftçiyə verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti – bu ilin isə son iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr zamanı yalnız bir qərar çıxarılıb.
Belə ki, 25 dekabr 2012-ci il tarixində keçirilən Topaz Premyer Liqasının təxirə salınmış 7-ci turunun "İnter" - "Neftçi" matçının 12-ci dəqiqəsində "Neftçi"nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
