30 dekabr 2012 00:36

Sıçev: Cavid İmamverdiyev Dinamo səviyyəsində futbolçu deyil

Belarusun FİFA lisenziyalı agenti Anatoli Sıçev azerisport.az saytına müsahibəsində Azərbaycana növbəti səfərindən danışıb.
 
- Bu yaxınlarda ölkəmizdə oldunuz, Premyer Liqanın iki oyununuz izlədiniz. Təəssüratlarınızı bilmək istərdik...
- Bəli, mən “İnter” – “Bakı” (1:0) və “Neftçi” – AZAL (4:2) qarşılaşmalarında oldum. Birinci oyun xoşuma gəlmədi. Amma ikinci oyun bir qədər daha canlı təsir bağışladı. Hər halda “Neftçi”nin səviyyə fərqi öz sözünü dedi.

- Bəs sizin xoşunuza gəlməyən məqamlar hansılar idi?
- Elementar sürət yox idi. “İnter” artıq neçə ildi çempionatda liderlər mövqeyindədi. Amma avrokuboklarda uğur qazana bilmir. Sizin klublarınız mütəmadi avrokubokların qrup mərhələsinə vəsiqə qazanmalıdılar. Lakin onların buna niyə nail ola bilməməsinin səbəbini söyləmək çətindi. Məncə, səbəbi komandaların daxilində axtarmaq lazımdı. Hər halda “Neftçi” sübut etdi ki, buna nail olmaq mümkündü.
 
- Çətin ki, sizin Bakıya səfərinizin əsas səbəbi yalnız bu oyunları izləmək olsun...
- Mən artıq neçə ildi Azərbaycan klubları ilə çalışıram. Mənim gətirdiyim oyunçulardan Premyer Liqada çıxış edənlər az deyil. Bu dəfə öz dostum Nazim Süleymanovu görmək və AZAL rəhbərliyi ilə görüşmək üçün gəlmişdim. Digər klublarla da görüş keçirmək istəyirdim. Amma görünür qismət deyilmiş. Hər halda yanvarda Türkiyədə olacağam. Orda onlarla da görüşlərimiz olacaq.
 
- Kənardan Azərbaycan futbolu necə görünür?
- Azərbaycan sanki ikinci ərəb əmirlikləridi. Qaz, neft... Futbolun inkişafı üçün də hər şey var. Ölkədə FİFA standartlarına cavab verən xeyli stadion var. Bazalar tikilir. Qalır sadəcə insan resurslarını artırmaq. Amma irəliləyişlər var. İlk növbədə “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması qeyd olunmalıdı.
 
- Sizcə, “Neftçi”nin bu uğurunun davamı yenə gələcək?
- İndiki legioner seçimi ilə nəyəsə nail olmaq çətindi. Yerli futbolçular da komandada atmosferi müəyyənləşdirə bilmirlər. Məsələn, Araz Abdullayev artıq 3-4 ildi perspektivli futbolçu hesab olunur. Amma hələ də yerində sayır.
 
- Sizcə, o, niyə öz potensialını aça bilmir? 
- Bu suala cavab verə bilmərəm. Bunu anlamaq üçün komandanın içində olmaq lazımdı. Araz öz üzərində daha çox işləməlidi. Ona futbolla yaşamaq lazımdı.

- Nədənsə Kiyev “Dinamo”sunun maraq dairəsində olan Cavid İmamverdiyevdən danışmadınız...
- Mən buna inanmıram. Çətin ki, o, “Dinamo”ya düşə bilsin. Belə bir komandada oynamaq üçün yüksək oyunçu keyfiyyətlərinə malik olmaq lazımdı. İmamverdiyev “Dinamo” səviyyəsində futbolçu deyil.
 
- Bəs yerli futbolçulardan hansılar sizin xoşunuza gəlib?
- Xüsusi olaraq kimisə qeyd etmək istəməzdim. Amma “Bakı”da çıxış edən Nurlan Novruzovla Rəhman Hacıyev pis oynamırlar. Özlərini sübut etmələri üçün öz üzərlərində daha çox işləmələrinə ehtiyac var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.