29 dekabr 2012 12:59
Nizami Hacıyev yanvarın 6-da Poqonla məşqlərə başlayacaq
Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin “Poqon”a keçidi barədə fərqli xəbərlər yayılmaqda davam edir. Azerisport.az xəbər verir ki, Polşa klubunun ona görə “İnter”ə transfer haqqı vermək istəməməsi səbəbindən bu keçidin baş tutmayacağı bildirilsə də, indi fərqli məlumatlar yayılıb.
Belə ki, Polşa mətbuatı Hacıyevin yanvarın 6-dan etibarən “Poqon”la məşqlərə başlayacağını iddia edib. Elə tərəflər münasibətlərini də məhz həmin vaxt rəsmiləşdirməlidilər. Lakin Azərbaycan klubunun futbolçusunu buraxıb-buraxmayacağı hələlik dəqiq bilinmir.
