29 dekabr 2012 13:15
Belçika yığmasının sabiq üzvü: Azərbaycandan təklif almışdım
Futbol üzrə Belçika yığmasının sabiq müdafiəçisi Ken Daerden bəyan edib ki, o, Azərbaycan klublarının birindən təklif alıbmış. Azerisport.az xəbər verir ki, futbolçu həmin təkliflə bağlı bunları söyləyib:
“Karyeramı davam etdirmək üçün bir çox variantlar var idi. Mənə Yunanıstandan, Kiprdən, hətta Bakıdan zənglər gəlmişdi. Amma mən Hollandiyanın “Villem II” klubunu seçdim”.
“Karyeramı davam etdirmək üçün bir çox variantlar var idi. Mənə Yunanıstandan, Kiprdən, hətta Bakıdan zənglər gəlmişdi. Amma mən Hollandiyanın “Villem II” klubunu seçdim”.
