29 dekabr 2012 13:24

Mila: Azərbaycanda ilimə yarım milyon dollar qazana bilərəm

Polşanın “Slensk” klubunun kapitanı Sebastyan Mila Azərbaycandan aldığı cəlbedici təkliflə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:

“Mənim bu ölkəyə keçmək variantım inandırıcıdı. Agentimin dediyinə görə, çox ciddi təklif var. Azərbaycanlılar məni öz komandalarında görmək istəyirlər. Artıq maliyyə şərtlərini də açıqlayıblar. Azərbaycanda ilimə yarım milyon dollar qazana bilərəm. Amma hələ bu varianta baxmamışam. Çünki “Slensk”in yeni müqavilə təklifini gözləyirəm. Hər şeyə ondan sonra qərar verəcəm”.
 
Yarımmüdafiəçi Bakıya son səfərini də xatırlayıb. Hansı ki, həmin vaxt Polşa yığması DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olmuşdu: “O vaxt mən əsas yığmada oynayırdım. Yadıma gəlir ki, Bakıda çox isti idi. Amma buna baxmayaraq, biz 3:0 hesabıyla qalib gəldik”.

“Slensk”in kapitanı onu da bildirib ki, Azərbaycan klubuna keçidi baş tuta bilər: “Hər şey mümkündü. Məni görmək istədikləri yerdə oynamaq istərdim. Ola bilər ki, bu, elə Azərbaycan olsun. Heç nə istisna deyil”.

Qeyd edək ki, Polşa mətbuatı onunla “Neftçi”nin maraqlandığını iddia edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.