30 dekabr 2012 01:15
Kəpəz bütün legionerlərinə və iki yerli futbolçusuna qapını göstərdi
“Kəpəz” rəhbərliyi heyətlə bağlı çox ciddi qərar qəbul edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun başbilənləri bütün legioner futbolçularla yolları ayırmağa qərar veriblər.
Belə ki, bundan sonra “Kəpəz” yalnız yerli futbolçuların xidmətindən yararlanacaq. Qış fasiləsinə son pillədə yollanan bölgə təmsilçisi artıq möcüzəyə ümid etmədiyindən, xeyli pul xərclədikləri əcnəbiləri komandada saxlamaqda da məna görmür.
Qeyd edək ki, “Kəpəz” legionerlərlə yanaşı iki yerli futbolçudan da itina edib. Bunlar “Qarabağ”a məxsus olan və icarə əsasında Gəncə təmsilçisinin şərəfini qoruyan Bəxtiyar Soltanov və Emin İmaməliyevdi.
