30 dekabr 2012 01:38
Ramin Musayev: Bunlar yoluna qoyulması mümkün olan problemlərdi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az saytına müsahibəsində 2012-ci futbol ilini dəyərləndirib.
- Sizin üçün 2012-ci il hansı uğurlarla yadda qalan oldu?
- Mən futbol rəsmisi olsam da, ilin ən böyük uğuru kimi London Olimpiadasındakı uğurlarımızı misal göstərə bilərəm. Avroviziya mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi də əsas məqamlardan oldu. Həmin vaxt mən Gürcüstanda idim və inana bilməzsiniz ki, aparıcıların Bakını tərifləməsi mənə necə xoş idi.

- Bəs futbolda?
- Təbii ki, “Neftçi”nin uğuru. Mən deyərdim ki, komanda avrokuboklarda çox uğurlu çıxış etdi. Bu, futbolumuzun inkişafında böyük bir addım oldu.

- Bu komanda çətin qrupda 3 xal qazanmağı bacarsa da, əksər mütəxəssislər hər oyundan öncə komandamızın böyükhesablı məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırırdı...
- “Neftçi” “İnter”lə Milandakı oyununu hələ uzun müddət xatırlayacağıq. Komandanın uğuruna şübhə edən mütəxəssislər heç olmasa ona çalışardılar ki, nə vaxtsa “Rubin”, “İnter” kimi klublarla ən azı yoxlama oyununda özlərini göstərərdilər. Amma “Neftçi” bunu Avroliqada gerçəkləşdirdi. Ölkə başçısı İlham Əliyevin Azərbaycan futbolunun inkişafda olduğunu deməsi çox xoşdu.
- İndi isə PFL-in işlərinə keçək. Ötən ilki işinizi necə qiymətləndirmək olar?
- Bizdə maraqlı çempionat keçir. Xeyli gənc futbolçular üzə çıxıb, bəziləri xaricdən təkliflər almağa başlayıblar. Məsələn, çempionatın son oyununun ardından mənə Polşadan bir menecer zəng etmişdi. O, Nizami Hacıyevin transferi ilə maraqlanırdı. Həmin menecer etiraf etdi ki, Azərbaycan çempionatında elə maraqlı oyunların keçirildiyini gözləmirmiş. Həqiqətən də bu qədər yorğunluqdan sonra ilin son oyununda elə sürətli futbol izləməyimiz gözlənilməz sayıla bilər.

- Amma etiraf etmək lazımdı ki, müsbət məqamlarla yanaşı çempionatımızda çatışmazlıqlar da qalmaqdadı. Məsələn, hakim səhbləri...
- Razıyam ki, bizdə müəyyən problemlər var. Amma onların hamısını yoluna qoymaq olar. Həm hakimlərlə bağlı problemləri aradan qaldırmaq mümkündü, həm də qazonları dəyişmək. Əsas odu ki, biz durmadan irəli gedirik. Bütövlükdə, futbol ilinə beş ballıq şkala ilə 4,5 qiymətini verərdim.
- Bəs növbəti ildən nə gözləyək?
- Klublarımızdan avrokuboklarda daha uğurlu çıxış gözləyirəm. İstərdim ki, ən azı iki klubumuz qrup mərhələsinə vəsiqə qazansın. Bu, həm klublarımızın, həm də Azərbaycanın reytinqini qaldırmış olar. Amma xahiş edirəm, bu uğuru hansı klublarımızdan gözlədiyimi soruşmayın. Hansı komanda olmasının fərqi yoxdu. Əsas odu nəticə qazanılsın.