29 dekabr 2012 14:25
PFL Turanla Kəpəzə son xəbərdarlıq etdi
Peşəkar Futbol Liqası “Kəpəz” və “Turan” klublarına son xəbərdarlıq edib. Azerisport.az saytına müsahibəsində bunu qurumun prezidenti Ramin Musayev bildirib.
“Turan” və “Kəpəz”in stadionlarında qazon pis vəziyyətdədi. Bizim işçilərimiz orda olublar və deyirlər ki, elə şəraitdə futbol oynamaq olmaz. Tovuz stadionunun qazonu bir az yaxşıdı. Amma orda da müəyyən işlər aparılmalıdı. Biz hər iki kluba xəbərdarlıq etmişik. Əgər onlar çempionat bərpa olunana qədər qazonu yaxşı vəziyyətə sala bilməsələr, ev oyunlarını keçirmək üçün başqa arena tapmalı olacaqlar”.
Qeyd edək ki, bu iki klubun stadionunun qazonunun süni örtüyə keçməlidi. Amma bu, böyük ehtimalla qışda yox, gələn ilin yayında həyata keçiriləcək.
