29 dekabr 2012 16:16
Turan və Kəpəz qazonla bağlı problemi yeni ildə yoluna qoyacaq
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası “Turan” və “Kəpəz”ə stadionlarının qazonunu yaxşılaşdırmaqla bağlı son xəbərdarlıq edib. Azerisport.az xəbər verir ki, sözügedən klublar yeni ilin ilk günlərindən başlayaraq sözügedən problemin aradan qaldırılması üçün fəaliyyətə başlayacaqlarını bəyan edirlər.
Mətbuat xidmətlərindən aldığımız məlumata görə, hazırda hər iki komandanın rəhbərliyi və futbolçuları yeni illə bağlı istirahətdədilər. Lakin yanvarın əvvəlində klub başbilənləri bir araya gəlib, stadiondakı çatışmazlıqların həlli yollarını götür-qoy edəcəklər.
