29 dekabr 2012 16:58
Tofiq Bəhramov adına stadionun da süni qazonu olacaq
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov gələcək planlarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz stadionda süni qazon yaratmaq istəyirik. Amma bunu əsas arena üçün yox, arxadakı meydança üçün nəzərdə tutmuşuq. Eyni zamanda stadionun otelinin tikintisini də yaxın müddətdə başa vuracağımıza ümid edirəm. Əsas qazona gəlincə, burda heç bir dəyişikliyə ehtiyac yoxdu. Sadəcə, ona ümid edirik ki, gələcəkdə stadionumuz yığmamızın və klublarımızın böyük qələbələrinə ev sahibliyi edəcək”.