30 dekabr 2012 17:33
Böyükağa Hacıyev: Cavid Kiyev Dinamosunun əvəzedicilərində oynamayacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Cavid İmamverdiyevin Ukraynanın “Dinamo” (Kiyev) klubuna transferindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Cavid Yeni ildən sonra Kiyevə gedəcək. Mümkündü ki, ona müqavilə bağlamaq təklif olunsun. Amma biz onu yalnız o halda buraxacağıq ki, əsas komandada çıxış etsin. Qoy hamı bilsin ki, Cavid “Dinamo”nun əvəzedici heyətində oynamayacaq. Biz buna imkan verməyəcəyik. Son oyunlarda o, özünü yaxşı tərəfdən göstərdi. Mənə elə gəlir ki, Cavid özünü xaricdə göstərmək şansını qazanmağa layiqdi”.