30 dekabr 2012 17:44

“Mənim yaşımda daha çox işləmək lazımdı”

“İnter”in gənc yarımmüdafiəçisi Abdulla Abatsiyev geniş müsahibəsində futbola gəlişindən danışıb, Azərbaycana gəlməsini xatırlayıb, Hollandiyadakı baxışdan bəhs edib və digər suallara cavab verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Öncə futbola necə gəlməyindən bəhs edərdin…
- Vladiqafqazda anadan olmuşam. 8 yaşımda bizim əyalətdə ən yaxşı məktəblərdən biri hesab edilən “Gənc” Uşaq Futbol Məktəbinə yazılmışam. Orada uzun müddət futboldan dərs almışam. Məktəbi təhsil müddətinin bitməsinə 1 il qalmış tərk etmişəm. O zaman Azərbaycanın U-17 milli komandasına yollandım.
 
- Azərbaycan milli komandasına necə dəvət aldın?
- O zaman Azərbaycanda ölkə xaricində yaşayan Azərbaycan mənşəli futbolçular axtarırdılar və bu barədə mənə agentim məlumat verdi( Qeyd edək ki, Abdulla Abasiyevin atası azərbaycanlıdır-www.inter.az). Biz təklifi məmnuniyyətlə qəbul etdik və mən U-17 komandasının təlim-məşq toplanışı keçirəcəyi Bakıya yollandım. O vaxt bizim qrup üçün Avropa Çempionatının təsnifat mərhələsi məhz Azərbaycan paytaxtında keçirilirdi, sonra mən U-19 komandasına dəvət aldım.
 
- Sonra sən doğma şəhərini birdəfəlik tərk etdin və Azərbaycanın “Sumqayıt” klubuyla müqavilə imzaladın. Doğma evdən uzaqda yeni həyatın ilk mərhələsinə alışmaq ağır olmadı?
- “Sumqayıt”da keçirdiyim mövsüm mənim üçün çox faydalı alındı. Demək olar ki, bu mərhələ mənim üçün təşəkkül, formalaşma dövrü oldu. “Sumqayıt”da oynadığım zaman 18 yaşım vardı və bu yaşda yaxşı təcrübə qazandım, mürəkkəb qarşılaşmaların dadını hiss etdim. Yeni həyatın ilk mərhələsinə alışmaq o qədər də mürəkkəb olmadı, axı Azərbaycan mənim üçün doğma ölkədir.
 
- Bu yaxınlarda sənin keçmiş klub yoldaşın Orxan Əliyev Portuqaliyanın “Porto” komandasında baxış oldu. Bundan başqa, məlum oldu ki, sən də ötən mövsüm Hollandiyanın klublarından birinə baxışa yollanmısan. Hansı kluba getdiyini açıqlamağını xahiş edirik. Proses necə getdi?
- Bəli, ötən mövsüm Hollandiyanın “Vitess”(Arnem) klubunda baxışda oldum. Bu klubun nümayəndələri bir neçə dəfə oyunlarımızı izləmişdilər və bundan sonra baxışa yollanmağım barədə mənə təklif göndərmişdilər. Məni demək olar 3 gün ərzində Hollandiyaya getməyimə icazə verdilər və bu baxış kifayət qədər sərt vaxt şəraitində keçdi.
 
- Sonra “İnter”ə keçdin. Gəl bir daha klubumuza keçidini xatırladayaq.
- Ötən mövsüm başa çatdı. “Sumqayıt”la müqaviləm başa çatırdı və bu klubla müqavilə müddətini uzatmağı planlaşdırmamışdım. Ölkə çempionatı başa çatan kimi, Azərbaycanın gənclərdən ibarət milli komandasının heyətində toplanışa yollandım, sonra bizi səfərdə Norveç və İslandiya klublarıyla matçlar gözləyirdi. Bakıya qayıtdıqdan sonra “İnter”in nümayəndələri mənimlə əlaqə saxladılar və mən kluba keçdim.
 
- Bildiyimiz qədər digər klublar da səninlə maraqlanırdı?
- Bəli.
 
- Bəs nəyə görə məhz “İnter”i seçdin?
- Bu klubun yaxşı şəraiti var. “İnter” şəxsi bazasına malikdir, şəxsi stadionu var. Burada futbolçular üçün yaxşı şərait yaradılıb. Mənə də bu lazım idi.
 
- “İnter”in heyətində artıq bir neçə ay keçirmisən. Komandada ilk aylarda etdiyin çıxışını dəyərləndirməyini xahiş edirik.
- “Sumqayıt”da oynayarkən belə görünə bilər ki, “İnter” kimi Azərbaycan klublarında oynamaq çətindir. Əslində belə komandalarda oynamaq üçün çox çalışmaq və çox işləmək lazımdır. Lakin mənimsəyəndə və alışanda hər şey asan olur. Əvvəllər komandadakı yeni tərəfdaşlarıma baxanda düşünürdüm ki, hətta danışmaq belə çətin olacaq. Ancaq uşaqlar məni dəstəklədilər və kollektivə qəbul etdilər. Buna görə də, onlara təşəkkür edirəm.
 
- Bir çoxları hesab edirlər ki, “İnter”in uğuru ilk növbədə baş məşq məşqçi Kaxaber Tsxadadzenin əməyilə bağlıdır. Bir neçə aydır bu məşqçinin rəhbərliyi altında çalışırsan. Bu məşqçi səndə necə təəssürat oyatdı?
- Burada bir neçə ay keçirməyimə baxmayaraq cəsarətlə deyə bilərəm ki, ötən müddət ərzində çox şey öyrəndim. Artiq yavaş-yavaş komandanın oyun tərzinə uyğunlaşıram. Məşqçi mənə çox kömək edir və öyrədir. Elə anlar olur ki, məni tənqid edir, ancaq o, bunu mənim xeyrimə, sonrakı karyera artımım üçün edir.
 
- Artıq çempionatın ilk hissəsi başa çatdı. “İnter” mövsümün ilk hissəsini birinci yerdə başa vurdu. Sənin zənnincə, komanda 32 turdan sonra da bu yerini qoruyub saxlaya biləcəkmi? Qızıl medallar uğrunda aparılan mübarizədə hansı komandanı “İnter”in əsas rəqibi kimi görürsən?
- Düşünürəm ki, bu, bizə müyəssər olacaq. Əgər biz hər oyunda gücümüzü 100 faiz ortaya qoyarıqsa, o zaman məqsədlərimizə nail ola bilərik. Rəqiblər çoxdur. Bütün klublar qızıl medal qazanmaq istəyir, lakin mən “Neftçi”ni qeyd edərdim. Bu komanda böyük potensiala malikdir.
 
- Xaricdə çıxış etmək məsələsinə qayıdaq. Daha güclü çempionatda çıxış etmək istəyərdin?
- Öncə futbolçu kimi formalaşmaq istərdim. İndi özümü tam baş tutmuş futbolçu adlandıra bilmərəm. Bəli, oynayıram, inkişad edirəm, ancaq mən hələ çox öyrənməliyəm. Mənim yaşımda daha çox işləmək lazımdır, sonrasa xaricdə çıxış etmək barədə düşünmək olar.
 
- Sən Azərbaycanın 3 müxtəlif yaş kateqoriyalı milli komandasında çıxış etmisən. Yəqin nə vaxtsa əsas milli komandanın heyətində meydançaya çıxmaq barədə düşünmüsən?
- Bəli, bu barədə düşünmüşəm. Lakin hazırda bu barədə danışmaq hələ tezdir. Düşünürəm ki, hər bir azərbaycanlı futbolçu nə vaxtsa ölkənin milli komandasının formasını geyinməyi arzulayır.
 
- Artıq bir neçə gündən sonra Yeni il qədəm qoyur…
- Azərbaycan xalqını qarşıdakı bayramlar münasibətilə təbrik edirəm. Hamıya yaxşı bayramlar və uğurlu il arzulayıram. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.