30 dekabr 2012 12:22
Cavid İmamverdiyev Yeni ildən sonra Kiyev Dinamosunun düşərgəsinə yollanacaq
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev yanvarda Ukraynaya yollanacaq. Azerisport.az xəbər verir ki, Yeni ildən dərhal sonra futbolçu Kiyev “Dinamo”sunun düşərgəsinə baxışa getməlidi.
Məhz bundan sonra Cavidin “Dinamo”dakı taleyinə aydınlıq gələcək. Hansı ki, çoxları İmamverdiyevin bu kluba keçidini şayiə hesab edir.
Qeyd edək ki, “Dinamo” Cavidlə bağlı “Neftçi”yə rəsmi təklif göndərməyib. Futbolçunun baxışa gedib-getməməsi ilə bağlı son qərarı “Neftçi”nin prezidenti Sadıq Sadıqov verəcək.
