30 dekabr 2012 13:05
Neftçi 4-5 futbolçu ilə müqavilə bağlayacaq
Azərbaycan çempionu “Neftçi” bu qış fasiləsi zamanı heyətinə 4-5 yeni futbolçu qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, artıq bu məsələ klub prezidenti Sadıq Sadıqov və baş məşqçi Böyükağa Hacıyevlə də müzakirə olunub.
Lakin hələlik yeni futbolçuların kimlər olacağı barədə dəqiq açıqlama verilmir. Onların Antalyadakı toplanışda komandaya qoşulması gözlənilir.
